İranın dövlət televiziyasının “Şəbəkə 3” kanalında Bəhreynlə bağlı səsləndirilən fikirlər müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, verilişin aparıcısı Bəhreynin İranın tərkibinə daxil edilməsini arzuladığını bildirərək ölkənin müstəqilliyini şübhə altına alan ifadələr işlədib.
“Çox istərdik ki, Bəhreyni İranın 32-ci əyaləti elan edək. İnşallah, bir gün bu xəbəri elə buradaca verərik”, – deyə aparıcı bildirib.
O, həmçinin Bəhreynin İranın mülki sənaye obyektlərinə endirilən zərbələrlə əlaqədar Tehrana qarşı tədbir görülməsi tələbinə istehza edib. Aparıcı çıxışında “Get, böyüyün gəlsin. Böyüyü də gəlib, heç nə edə bilməyib” ifadəsini işlədib.
Tahir Turan
Globalinfo.az