Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviaşirkəti Flydubai İsrailə uçuşları bərpa etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, İsrailin nəqliyyat naziri Miri Regev aviaşirkətin fəaliyyətinin yenidən başlamasına razılıq verib.
Qərar BƏƏ rəsmiləri ilə aparılan danışıqlardan və müvafiq qurumlarla məsləhətləşmələrdən sonra qəbul edilib.
“Jerusalem Post”un məlumatına görə, uçuşların təxminən bir-iki həftə ərzində, yəni dekabrın əvvəlində bərpa olunması gözlənilir. Bununla belə, reyslərin başlaması İsrailin təhlükəsizlik qurumlarının yekun razılığından asılıdır.
Qeyd edək ki, Flydubai İsrailə uçuşları sentyabrın 30-da dayandırıb. Buna səbəb Dubay–Tel-Əviv marşrutu üzrə həyata keçirilən FZ1073 saylı reysdə baş verən təhlükəsizlik insidenti olub.
Təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərində təcili eniş edib. Hadisədən sonra aviaşirkət İsrailə və İsraildən uçuşlarını müvəqqəti olaraq dayandırıb.
Tahir Turan
Globalinfo.az