en cok calinan araclar belli oldu listenin 19205362 7465 amp 1761914809

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxsi polis saxlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Abşeron rayonunda qeydə alınan hadisə üzrə zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2 min manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq tutulub. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: