WhatsApp Image 2026 11 18 at 14.26.00

“Ermənistanın gələcək xarici siyasət prioritetləri məlumdur. Əsas məqsədimiz Ermənistanı münaqişə və qarşıdurma məkanından regional əməkdaşlıq mərkəzinə çevirməkdir”. 

Gobalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Hökumət başçısı qeyd edib ki, layihənin 8-ci maddəsində Ermənistanın xarici siyasətinin əsas məqsədi kimi sülhün təmin edilməsi müəyyənləşdirilir:

“İrəvan Ermənistanın sərhəd səngəri deyil, regionda sülhün və əməkdaşlığın qovuşduğu məkana çevrilməsini hədəfləyir”.

Paşinyan ölkəsinin müdafiə potensialına da toxunub. O bildirib ki, Ermənistanın öz sərhədlərinin toxunulmazlığını və beynəlxalq səviyyədə tanınmış ərazisini müstəqil şəkildə müdafiə edə biləcək ordusu olmalıdır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: