Naxçıvan istiqamətində silahlar işə düşdü – VİDEO

***09:48

Ermənistan silahlı qüvvələri aprelin 1-i saat 22:00-dan 22:20-dək Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan əvvəl isə rəsmi İrəvanın sözügedən istiqamətə qoşun, hərbi texnika yığması barədə görüntülər yayılıb.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli deyib ki, diqqətçəkən məqam Ermənistan ordusunun əvvəllər olduğu kimi, Qazax, Tovuz, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın istiqamətindən deyil, həm də Naxçıvan istiqamətində təxribatlar törətməsidir

Ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az