ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensdən (J.D. Vance) məyus olub. Onların münasibətlərinin Vensin İranla müharibənin nəticələrini tənqid etməsindən sonra pisləşməyə başladığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetinin məlumat yayıb.
Qeyd olunub ki, fikir ayrılığı Vensin ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini sosial şəbəkələrdə təhlil etməsi ilə bağlıdır. Vitse-prezident Respublikaçılar Partiyasının məğlubiyyətini Tehranla davam edən hərbi münaqişə ilə əlaqələndirib.
O, həmçinin administrasiyanın seçki kampaniyası dövründəki ümumi ritorikasını da tənqid edib.
Nəşrin məlumatına görə, Tramp əvvəlcə Vensin mövqeyinə sakit yanaşsa da, sonradan münasibəti dəyişib. ABŞ prezidenti yaxın çevrəsinə vitse-prezidentdən şikayət etməyə başlayıb. Tramp hesab edir ki, Vens onun İranı bombalamaq qərarını dəstəkləməli idi.
Bu fonda Tramp ABŞ dövlət katibi Marko Rubionu daha çox ön plana çıxarmağa başlayıb.
O, Rubioya rəğbətini ifadə edib və şəxsi söhbətlərində onu potensial güclü prezident namizədi kimi qiymətləndirib.
Marko Rubio isə İranı vurmaq qərarının ABŞ-ın milli təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib.
Tahir Turan
Globalinfo.az