755493486579057

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq saxlama çənləri, Afipski NEZ-də isə neft emalı qurğusu zədələnib.

Məlumatda bildirilir ki, hər iki müəssisənin ümumi illik neft emalı gücü təxminən 13 milyon ton təşkil edir.

Krasnodar diyarının əməliyyat qərargahı isə noyabrın 18-nə keçən gecə Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumundan sonra iki müəssisədə yanğın baş verdiyini açıqlayıb.

Yerli hakimiyyət orqanları həmin müəssisələrin adlarını açıqlamayıb.

Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilib.

Paylaş: