Xəbər verdiyimiz kimi, dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin gənc Gülarə Mehdiyeva adlı xanım olub.

O, rəssamlıq fəaliyyəti ilə məşğul olurmuş.

Qeyd edək ki, Polisin keçirdiyi tədbirlərlə cinayəti törətməkdə şübhəli olan ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

917260237 1467118608703945 8022178667730911653 n 906625262 1652113793129208 6987851280701233766 n 915059250 3381266618739864 3735524950520065056 n

*** 22:50

Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib, araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, ilkin məlumatda 23 yaşlı qadının ögey qardaşı tərəfindən bıçaqlanaraq öldürüldüyü qeyd edilib.

*** 19:32

Bakı şəhərinin Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Globalinfo.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Binəqədi qəsəbəsinin Həmzə Babaşov küçəsində qeydə alınıb.

Məlumata görə, qardaş bacısına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş: