putinsefer

Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində Çin dövlət nömrə nişanları ilə təchiz edilmiş “Aurus” limuzinin idarə edib.

Globalinfo.az-ın məlumatına görə, Rusiya lideri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinə səfər edib.

Putin şəhərdə hərəkət edərkən qara rəngli “Aurus” limuzininə üstünlük verib.

Məlumata görə, Putin hava limanında fəxri qarovul dəstəsi və qırmızı xalça ilə qarşılanıb.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Rusiya prezidentinin avtomobilində Çin nömrə nişanlarının olmasına münasibət bildirib.

O, bunun Çində tətbiq olunan adi qayda olduğunu və ölkədə avtomobillərin yerli nömrə nişanları ilə hərəkət etdiyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: