Rusiya taxıl müqaviləsini 60 gün uzatmağa razılaşdı – BMT bunu nəzərə aldı

BMT Rusiyanın taxıl sazişi müddətinin 60 gün uzadılmasına verdiyi razılığını nəzərə alıb.

Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ölkəsinin Qara dəniz taxıl təşəbbüsünün uzadılmasına etiraz etmədiyini vurğulayıb.

***

Rusiya taxıl müqaviləsinin müddəti bitdikdən sonra yenidən uzadılmasına etiraz etmir.

Globalinfo.az xəbər verir ki, bu haqda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məlumat verib.

Diplomat vurğulayıb ki, söhbət yalnız 60 gün uzadılmadan gedir.