Estoniyanın Rusiya ilə sərhədi bağlamaq qərarı Finlandiyada yaşayan Rusiya vətəndaşlarının səfərlərini çətinləşdirə bilər.
Globalinfo.az-ın məlumatına görə, bunu Finlandiyanın Azadlıq Alyansı Partiyasının üzvü Armando Mema bildirib.
Siyasətçinin sözlərinə görə, Estoniya bu addımı atmaqla Finlandiyanın əvvəlki qərarını təkrarlamaq riski daşıyır.
Mema qeyd edib ki, Finlandiya Rusiya ilə sərhədini bağladıqdan sonra ölkədə yaşayan Rusiya vətəndaşları öz ölkələrinə səfər etmək üçün tez-tez Estoniya marşrutundan istifadə edirdilər.
Onun fikrincə, Estoniya-Rusiya sərhədinin bağlanması Finlandiyada yaşayan rusların Rusiyadakı qohumlarını ziyarət etməsini xeyli çətinləşdirəcək.
Tahir Turan
Globalinfo.az