“2026-cı ilin ilk yarısında Ukraynaya xaricdən hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü ötən illə müqayisədə üç dəfə azalıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, bu, təkcə yay dövrünə deyil, 2026-cı ilin ilk altı ayının bütün dövrünə aiddir:
“Tərəfdaşlarda raketlər var. Əsas məsələ onların tədarükü və istehsalın, o cümlədən Ukraynada lokallaşdırılmasının sürətləndirilməsi ilə bağlı siyasi qərarların qəbul edilməsidir”.