Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib.

Globalinfo.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Leyla Əliyevaya idman zalında yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, Qaraçuxur İdman Zalının tikintisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında başlanılıb.

İdman zalının ərazisi 0,27 hektar, tikintialtı sahəsi 987, ümumi sahəsi isə 1115 kvadratmetrdir. Baş plana əsasən, ərazidə ikimərtəbəli idman zalı binası, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi inşa edilib.

Açıq hava idman meydançası ətraf ərazidə yaşayan sakinlərin, o cümlədən uşaqların və gənclərin bədən tərbiyəsi və idmanla gündəlik məşğul olmaları üçün müvafiq avadanlıqlarla təchiz edilib.

İkimərtəbəli idman zalının birinci mərtəbəsində 30×18 metr ölçüdə, 25 tamaşaçı yeri olan universal zal fəaliyyət göstərəcək. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi mümkün olacaq.

İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün zal, həmçinin trenajor zalı fəaliyyət göstərəcək. Zalda paltardəyişmə və duş otaqları, məşqçilər üçün otaq, həkim otağı və digər inzibati otaqlar yaradılıb. Binanın birinci mərtəbəsində kafenin də fəaliyyəti nəzərdə tutulub.

6afb4a84999f96afb4a84999fa17948535086afb4a84999f66afb4a84999f8

6afb4a844a2a16afb4a844a2a217948535086afb4a844a29d6afb4a844a29f 6afb4b392e41d6afb4b392e41e17948536886afb4b392e4196afb4b392e41c 6afb4b3922e8c6afb4b3922e8d17948536886afb4b3922e896afb4b3922e8a 6afb4b390dedf6afb4b390dee017948536886afb4b390dedb6afb4b390dedd 6afb4b390541f6afb4b390542017948536886afb4b390541b6afb4b390541e        6afb4acc2cc466afb4acc2cc4717948535796afb4acc2cc446afb4acc2cc45 6afb4acc2440b6afb4acc2440c17948535796afb4acc244096afb4acc2440a 6afb4acc1d5256afb4acc1d52617948535796afb4acc1d5236afb4acc1d524 6afb4acc147106afb4acc1471117948535796afb4acc1470e6afb4acc1470f 6afb4acc10e356afb4acc10e3617948535796afb4acc10e336afb4acc10e34 6afb4acc07eb26afb4acc07eb317948535796afb4acc07eb06afb4acc07eb1 6afb4acc01c096afb4acc01c0a17948535796afb4acc01c076afb4acc01c08 6afb4acbed9246afb4acbed92517948535796afb4acbed9226afb4acbed923 6afb4acbe5ba16afb4acbe5ba217948535796afb4acbe5b9f6afb4acbe5ba0 6afb4acbdc4ce6afb4acbdc4dc17948535796afb4acbdc4cc6afb4acbdc4cd 6afb4a84900846afb4a849008517948535086afb4a84900816afb4a8490082 6afb4a84878336afb4a848783417948535086afb4a84878316afb4a8487832 6afb4a847e5a16afb4a847e5a217948535086afb4a847e59e6afb4a847e5a0 6afb4a8474ecb6afb4a8474ecc17948535086afb4a8474ec96afb4a8474eca 6afb4a846c1d66afb4a846c1d717948535086afb4a846c1d46afb4a846c1d5 6afb4a8462c6f6afb4a8462c7017948535086afb4a8462c6c6afb4a8462c6d 6afb4a845ccc86afb4a845ccc917948535086afb4a845ccc56afb4a845ccc7 6afb4a84542ef6afb4a84542f017948535086afb4a84542ec6afb4a84542ee

6afb4b38d0ece6afb4b38d0ecf17948536886afb4b38d0eca6afb4b38d0ecc 6afb4b38b19c26afb4b38b19c317948536886afb4b38b19c06afb4b38b19c1 6afb4b38bddd86afb4b38bddd917948536886afb4b38bddd66afb4b38bddd7 6afb4b38c75e26afb4b38c75e317948536886afb4b38c75e06afb4b38c75e1 6afb4b38da9ea6afb4b38da9eb17948536886afb4b38da9e76afb4b38da9e9 6afb4b38e4bd96afb4b38e4bda17948536886afb4b38e4bd66afb4b38e4bd7 6afb4b38ef3b06afb4b38ef3b117948536886afb4b38ef3ac6afb4b38ef3ae

Paylaş: