Azərbaycan millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində 66-cı və sonuncu matçına çıxması münasibətilə xatirə hədiyyəsi təqdim olunub.

Globalinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə keçirilən yoxlama oyunundan əvvəl yarımmüdafiəçiyə üzərində 66 nömrəsi əks olunan xüsusi forma hədiyyə edib.

Qeyd edək ki, 2016-cı ildən Azərbaycan millisinin formasını geyinən “Neftçi”nin futbolçusu yığmanın heyətində 66 oyun keçirib və 15 qola imza atıb.

Paylaş: