Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri qarşıdan gələn qış aylarında nüvə qəzası riskini artırır. Bu barədə 38 ölkənin nüvə təhlükəsizliyi qurumlarının nümayəndələri xəbərdarlıq ediblər.
Globalinfo.az xəbər verir ki, son həftələrdə Rusiyanın hücumları daha təhlükəli xarakter alıb.
Bildirilib ki, Ukraynada genişmiqyaslı elektrik kəsintisi baş verərsə, ölkədəki doqquz işlək nüvə reaktorunun hamısı eyni vaxtda risk altında qala bilər.
Ukraynada fəaliyyət göstərən üç atom elektrik stansiyası ölkənin qış aylarında elektrik enerjisi tələbatının təxminən 80 faizini təmin edir. Rusiyanın nəzarətində olan Zaporojye AES isə elektrik istehsal etməsə də, nüvə yanacağının soyudulması üçün xarici enerji təchizatına ehtiyac duyur.
Nüvə təhlükəsizliyi üzrə ekspertlər xəbərdarlıq ediblər ki, reaktorların fəaliyyətinin eyni vaxtda pozulması və radioaktiv maddələrin yayılması son dərəcə ciddi nəticələrə səbəb ola bilər.
Əliyar Xəlil
Glibalinfo.az