“Heç nə bizə bütün müharibə məqsədlərimizə çatmağa mane ola bilməz”.
Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
O bildirib ki, İsrail “artan təzyiq”lə HƏMAS-a qarşı hərəkətə keçəcək.
“Bu, sadəcə başlanğıcdır. Heç nə bizə bütün müharibə məqsədlərimizə çatmağa mane ola bilməz. Hərbi təzyiq girovların azad edilməsi üçün kritik şərtdir. Danışıqlar yalnız “atəş altında” davam edəcək”, – Baş nazir qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az