347707210146128

İraqın Media və Kommunikasiya Komissiyası hökumət rəhbərinin göstərişinə əsasən, ölkədə “Telegram” tətbiqinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib. Qərarın milli təhlükəsizliyin qorunması və qanunsuz məzmunla mübarizə məqsədi daşıdığı bildirilib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, komissiya bu addımın əsas məqsədinin “Telegram” rəhbərliyini İraqdakı istifadəçilərin paylaşdığı materiallara nəzarəti gücləndirməyə və qanun pozuntularının qarşısını almaq üçün müvafiq tədbirlər görməyə sövq etmək olduğunu açıqlayıb.

Bundan əvvəl İordaniya İctimai Təhlükəsizlik İdarəsi də ölkə ərazisində “Telegram”ın fəaliyyətinin dayandırıldığını bəyan edib.

Qurumun açıqlamasında tətbiqin radikalizm və ekstremizm meyillərinin yayılmasına şərait yaratdığı, eləcə də ölkənin milli təhlükəsizliyinə zərər vuran kibercinayətlərin həyata keçirildiyi platformaya çevrildiyi bildirilib.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: