23 9

Ukraynada müharibənin nizamlanması ilə bağlı növbəti danışıqlar raundunun üçtərəfli formatda keçirilməsi planlaşdırılır. Rusiya isə Avropa İttifaqının prosesə qoşulması məsələsini Avropa ölkələrindən konkret təkliflər aldıqdan sonra nəzərdən keçirməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov qeyd edib ki, Moskva Avropa ölkələrinin Ukraynada münaqişənin həlli ilə bağlı hansı mövqedə olduğunu və prosesə necə konkret töhfə verəcəyini bilmək istəyir.

“Avropalılardan nə istədikləri və Ukraynada nizamlanmanın uğurla başa çatması üçün hansı konstruktiv və məzmunlu təkliflər irəli sürəcəkləri barədə dəqiq siqnal aldıqdan sonra onların danışıqlarda iştirakı məsələsi gündəmə gələ bilər”, – deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: