Ağstafada mina partlayışı hadisəsi baş verib.
Globalinfo.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.
1986-cı il təvəllüdlü R. Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. 1982-ci il təvəllüdlü S. Əmrahov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu barədə ilkin xəbəri oxu.az yayıb.
*** 17:19
Azərbaycanda iki nəfər minaya düşüb.
Globalinfo.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.
Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.