hormuz 111

Fars körfəzində hərəkət edən neft tankerinə hücum edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hindistanın dənizçilik qurumlarından əldə etdiyi məlumatlara əsasən açıqlama yayıb.

Hadisə gəmi Hörmüz boğazına çatmamış, körfəzin şərq istiqamətində hərəkət etdiyi zaman baş verib.

İlkin məlumatlara görə, gəminin bütün heyət üzvləri təhlükəsiz yerdədir.

Hadisənin təfərrüatları araşdırılır. Tankerin nə dərəcədə zərər gördüyü və insidentin ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: