Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukrayna ilə bağlı sülh danışıqlarında hansı rolu oynaya biləcəklərini hələ də müəyyənləşdirə bilmədiklərini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Vesti” informasiya agentliyinə müsahibəsində danışıb.
Lavrovun sözlərinə görə, avropalı siyasətçilərin son açıqlamaları da bu məsələdə qeyri-müəyyənliyin davam etdiyini göstərir.
Nazir Avropa ölkələrinin prosesdən kənarda qalmaq istəmədiklərini də eyhamla ifadə edib:
“Görünür, onlar qatarın yola düşdüyünü anlayırlar və sonuncu qatara minməyə çalışırlar”.
Safura Bənnayeva
Globalinfo.az