“ABŞ-ın sabiq prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskiyə münasibətini yalnız prezidentlik müddətinin sonlarında dəyişib”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.
“Buna səbəb onun əsas məqsədinə nail ola bilməməsi olub”, – deyə deputat qeyd edib.
Senatorun sözlərinə görə, Bayden Ukraynadan Rusiyaya qarşı strateji məğlubiyyətin təmin edilməsində əsas vasitə kimi istifadə edə bilməyib.
“Düşünürəm ki, Bayden anlayır ki, prezidentlik dövrü haqqında daha müsbət fikirlər yazsaydı, dərhal ona suallar ünvanlanacaqdı. Zelenski Trampı və Avropadakı bir çox siyasi himayədarını da məyus edib. Onlar özləri bu obrazı yetişdiriblər. Bu, özünü düşünən, qeyri-sabit xarakterli, hələ də komediyaçı və satirik təfəkkürü ilə hərəkət edən bir insandır”, – deyə Cabarov bildirib.
Siyasətçi əlavə edib ki, gələcəkdə Zelenski haqqında daha çox memuar və xatirələr dərc olunacaq. Onun fikrincə, həmin əsərlərdə Ukrayna prezidentinin vəzifədə olduğu dövr müsbət şəkildə xatırlanmayacaq.
Xatırladaq ki, bundan əvvəl Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskiyə münasibətini açıqlamışdı. O, Zelenskinin Baydenin onun üçün gördüyü işlərə görə kifayət qədər minnətdarlıq göstərməməsindən məyus olduğunu bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az