Xalq artisti Emin Ağalarov yeni mahnı və albomunun işıq üzü görəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
Müğənni noyabrın 13-də “Mən səmanın tərəfdarıyam” adlı yeni mahnısını təqdim edəcəyini bildirib. O, həmçinin ayın sonunda “Bəs qalsam?” adlı rusdilli albomunun yayımlanacağını qeyd edib.
“Tezliklə daha çoxunu açıqlayacağam”, – müğənni bildirib.