Slovakiyanın Baş naziri Robert Fitso ukraynalı həmkarı Sergey Koretski ilə son söhbətindən şoka düşdüyünü deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabıbda paylaşım edib.
“Mən qapalı danışıqların təfərrüatlarını açıqlamaq hüququna malik deyiləm və bunu heç vaxt etmirəm. Lakin Ukraynanın baş naziri ilə şəxsi söhbətim oldu və bu danışıq məni şoka saldı. Həm müharibə, həm də gələcəkdə baş verə biləcək hadisələrlə bağlı deyilənlər məni sözün əsl mənasında heyrətə gətirdi”, – deyə Fitso bildirib.
Slovakiyanın baş naziri həmsöhbətinə hörmət etməli olduğu üçün danışığın təfərrüatlarını açıqlaya bilməyəcəyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az