Latviyanın Rifah naziri Reinis Uzulnieks sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “LSM” yazıb.
Bildirilib ki, onun qanında 3,5 promil (ppm) səviyyəsində alkoqol aşkarlanıb.
Bundan sonra Baş nazir Andris Kulberqs Uzulnieksin vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Reinis Uzulnieks bu vəzifəni 2026-cı ilin may ayından etibarən Kulberqs hökumətində tuturdu.
Tahir Turan
Globalinfo.az