
Türkiyənin İzmir vilayətinin Aliağa rayonundakı dəmir-polad zavodunda baş verən və 16 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar altı şübhəli şəxs saxlanılıb.
Globalinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisədən sonra faktla bağlı cinayət işi açılıb.
Aparılan ilkin araşdırmalar zamanı partlayışda məsuliyyəti olduğu ehtimal edilən altı nəfər saxlanılıb.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Əliyar Xəlil,