Zəfər Günündə küləyin dirəkdən asılmış bayraqlardan birini uçurmağa çalışdığı anlarda azyaşlı oğlanın onu qorumaq üçün dirəyə dırmaşması sosial şəbəkələrdə diqqət çəkib.

Globalinfo.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, həmin uşaq 11 yaşlı Muxtar Səfərlidir.

Ürəyindəki bayraq sevgisinin haradan qaynaqlandığı barədə danışan Muxtar bildirib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb və bu mənzərə onu çox kədərləndirib.

Qeyd edək ki, Muxtarın dirəyə dırmaşdığı anları onu heç tanımayan bir şəxs lentə alaraq sosial şəbəkədə paylaşıb.

Ətraflı videoda:

Paylaş: