yemen 2396524

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) ballistik raket istehsalı ilə əlaqəli bir neçə obyektinin məhv edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun açıqlamasında ballistik raketlərin yığılması və onların komponentlərinin istehsalı ilə məşğul olan zavodun sıradan çıxarıldığı bildirilib.

Bundan başqa, əməliyyat zamanı raketlər üçün bərk yanacağın hazırlanması və qarışdırılması prosesinin həyata keçirildiyi kimya müəssisəsinin də məhv edildiyi qeyd olunub.

Koalisiyanın məlumatına görə, ballistik raket sistemləri üçün elektron avadanlıqların yığıldığı istehsalat sexi də hədəfə alınaraq sıradan çıxarılıb.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: