
Türkiyənin Gabar bölgəsində daha iki yeni sahədə ümumilikdə 135 milyon barel neft ehtiyatı potensialı müəyyən edilib.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, hazırda Gabar bölgəsində Türkiyənin ən keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel neft hasil edilir.
Ərdoğan Qara dənizdə hasil olunan təbii qazın hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödədiyini bildirib. Onun qeyd edib ki, “Osmangazi” gəmisinin fəaliyyəti nəticəsində bu göstəricinin 8 milyon ev təsərrüfatına çatdırılması planlaşdırılır.
Türkiyə Prezidenti, həmçinin 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik neft hasilatının 100 min bareli ötəcəyini gözlədiklərini söyləyib.
Ərdoğanın sözlərinə görə, bu hasilat həcmi ölkə iqtisadiyyatına ildə 4,4 milyard dollar gəlir gətirəcək.
Əliyar Xəlil,