İranda ABŞ-ın müharibədə məğlub olduğu bildirilib və Vaşinqtona yeni, daha dağıdıcı zərbə endiriləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi “X” sosial şəbəkəsində paylaşım edib.
“ABŞ-ın hazırki rəhbərliyi müharibəni və seçkiləri uduzub. Vens məğlubiyyəti etiraf edib, Rubio istefaya hazırlaşır, Heqset isə vəzifəsindən azad edilmək üzrədir. CENTCOM-un komandanı isə indi podkast aparır. Bəs bu mesajı Vaşinqtonda konkret kimə çatdırmalıyıq? Müharibəyə başlasanız, sarsıdıcı cavabla üzləşəcəksiniz”, – deyə Rezayi vurğulayıb.
Qeyd edək ki, bu açıqlama İran rəsmisinin ABŞ-a ünvanladığı növbəti sərt xəbərdarlıq kimi qiymətləndirilir.
Əliyar Xəlil