HiPP uşaq qidasına siçan zəhəri qatmaqda şübhəli bilinən 39 yaşlı şəxs Avstriyada saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “OE24” portalı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl o, istehsalçıya məktub göndərərək pul tələb edib. Bundan sonra şirkət yerkökü və kartof püresi məhsullarını geri çağırıb.
Polis tərkibinə müdaxilə edildiyi ehtimal olunan ikinci bankanın axtarışındadır.
Xatırladaq ki, ötən ay HiPP şirkətinə məxsus uşaq qidalarında zəhərli maddənin aşkarlanması ilə bağlı məlumatlar yayılıb. Məhsulların satıldığı SPAR mağazalarının rəsmiləri ehtiyat tədbiri olaraq Avstriya üzrə təxminən 1500 mağazada həmin məhsulların rəflərdən yığışdırıldığını açıqlayıb. Araşdırmalarla məlum olub ki, bankaların tərkibinə müdaxilə edilib və dövriyyədə azı 2 zəhərli bankanın olduğu ehtimal edilirdi.
Aysel Əliyeva
Globalinfo.az