Tramp 1

ABŞ Prezidenti Donald Tramp demokratlarla razılığa gəlməsinə kömək edəcəyi təqdirdə, qarşıdakı altı ay ərzində partiyanın nümayəndələrini təhqirdən çəkinəcəyinə söz verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Tramp CBS telekanalının “60 Minutes” proqramına müsahibəsində danışıb.

Jurnalist ABŞ liderindən Demokratlar Partiyasının nümayəndələri ilə münasibətlərində davamlı tənqid və təhqirlərə yol vermədən əməkdaşlıq edib-etməyəcəyini soruşub.

Tramp isə buna müsbət cavab verib:

“Əlbəttə bacararam. Axı mən onların çoxunu sadəcə demokrat adlandırıram”.

Jurnalist prezidentdən razılaşmalar əldə etmək naminə altı ay ərzində demokratları təhqirdən çəkinməyə hazır olub-olmadığını soruşub.

“Ən kiçik problem belə yoxdur”, – deyə Tramp cavabında vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: