Almaniya kansleri Fridrix Merz və onun rəhbərlik etdiyi hökumət ölkə əhalisinin böyük əksəriyyətinin narazılığı ilə üzləşib. Sorğuda iştirak edənlərin 82 faizi kanslerin və hökumətin fəaliyyətini mənfi qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” nəşrinin araşdırmasına istinadən məlumat verilib.
Sorğunun nəticələrinə görə, Merzə etimadsızlıq son aylarda daha da artıb. Oktyabrda narazılıq səviyyəsi indiki göstəricidən 2 faiz bəndi aşağı olub. Yanvarda isə kanslerin fəaliyyətindən narazı olanların payı 67 faiz təşkil edib. Respondentlərin cəmi 13 faizi Merzin fəaliyyətini müsbət qiymətləndirib.
Oxşar vəziyyət hakim Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (XDİ/XSİ) və Sosial Demokrat Partiyasından (SDP) ibarət koalisiyada da müşahidə olunur. Hökumətin fəaliyyətindən respondentlərin 82 faizi narazıdır, yalnız 13 faizi müsbət rəy bildirib.
Narazılığın əsas səbəblərindən biri ölkədəki iqtisadi vəziyyətdir. Sorğu iştirakçılarının təxminən 60 faizi hazırkı hökumətin hakimiyyəti dövründə maddi vəziyyətlərinin pisləşdiyini bildirib. Cəmi 6 faiz isə maddi durumunun yaxşılaşdığını qeyd edib.
Qeyd edək ki, sorğu noyabrın 5-6-da 1004 nəfər arasında keçirilib.
Merzin siyasi mövqelərinin zəifləməsində uzanan islahatlar və mühafizəkarların regional seçkilərdə uğursuzluğu da rol oynayıb. XDİ xüsusilə Saksoniya-Anhalt, Meklenburq-Ön Pomeraniya və Berlində ciddi məğlubiyyətlərlə üzləşib.
Əliyar Xəlil