
Ukrayna Prezident ofisinin rəhbəri Kirilo Budanov Əbu-Dabidə Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlarda Kiyevin nümayəndə heyətinə rəhbərlik edəcək.
Globalinfo.az-ın “CBS News”a istinadən məlumatına görə, Budanov bu barədə Amerika telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçiriləcək.
Budanov görüşdən ciddi irəliləyiş gözləmədiyini desə də, Rusiya və Ukrayna nümayəndə heyətlərinin eyni masa arxasında üzbəüz görüşməyə razılaşmasını müsbət addım hesab edib.
Ukrayna rəsmisi bildirib ki, qarşıdakı müzakirələr sonuncu olmayacaq və əsas məqsəd müharibənin başa çatdırılması üçün zəmin hazırlamaqdır.
Tahir Turan
Globalinfo.az