hindistan

Hindistan Ermənistana daha əvvəl satın aldığı “Pinaka” yaylım atəşli reaktiv sistemləri üçün 1000 ədəd idarəolunan raket göndərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, idarəolunan reaktiv mərmilərin ilk partiyası artıq “Solar Defence and Aerospace Limited” şirkətinin istehsal müəssisəsindən göndərilib.

Qeyd edək ki, Ermənistan son 2-3 il ərzində Hindistandan “Pinaka” yaylım atəşli reaktiv sistemləri alıb. Müqavilənin ümumi dəyərinin təxminən 210 milyon dollar olduğu bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: