Abxaziyadakı hərbi baza vurulacaq – Savaş böyüyür

Ukrayna Rusiyanın Abxaziyadakı bazasını hədəfə alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapa “Ukrayinskaya Pravda”ya müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin bayrağı altında üzən gəmilər istənilən yerdə Ukrayna üçün qanuni hədəf olacaq:

“Bəzi məlumatlar var. Bütün donanmanı bir bazada saxlaya bilməzlər. Üstəlik, “Novorossiysk” hava şəraitinə görə, xüsusən qış aylarında baza qurmaq üçün əlverişli liman deyil. Sevastopoldakı baza isə çox qapalıdır, küləkdən qorunur və coğrafi baxımdan gəmiləri lövbərləmək üçün əlverişlidir”, – deyə Aleksey Neyjpapa fikirlərini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az