ktmt

“Bir çox Qərb ölkəsinin xüsusi təyinatlı qüvvələri hazırda Ukrayna ərazisində fəaliyyət göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja deyib.

Onun sözlərinə görə, bu fakt heç kim üçün sirr deyil.

KTMT-nin keçmiş baş katibi, həmçinin Qərb ölkələrinin hərbi mütəxəssislərinin Rusiyadakı obyektlərə raketlərin yönəldilməsində iştirak etdiyinə diqqət çəkib.

Söhbət mülki infrastruktura aid obyektlərdən də gedir.

Bundan əlavə, Bordyujanın vurğuladığına görə, Qərb dövlətləri Kiyevlə potensial hücum hədəfləri barədə kəşfiyyat məlumatlarını bölüşürlər.

“Bunu kim bilmir ki? Onlar özləri də artıq bunu təsdiqləyirlər. Bütün bunlar birlikdə daha genişmiqyaslı münaqişənin başlanmasına səbəb ola bilər”, – deyə o xəbərdarlıq edib.

Keçmiş KTMT baş katibinin sözlərinə görə, Qərb ölkələri Ukrayna böhranında gərginliyi məqsədyönlü şəkildə artırırlar.

Bordyuja izah edib ki, bununla onlar Rusiyanın hərbi əməliyyatlara daha dərindən cəlb olunmasına və öz resurslarından bu məqsədlə istifadə etməyə davam etməsinə nail olmağa çalışırlar.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: