1680079398 irevan1 900x498 1

Ermənistanın baş hidro-meteoroloqu Qaqik Surenyan 2016-cı il noyabrın 1-də İrəvanda qeydə alınan güclü qar yağışını xatırladıb.

Globalinfo.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında arxiv fotosu paylaşıb.

“2016-cı il noyabrın 1-də İrəvanda güclü qar yağmışdı” – deyə meteoroloq qeyd edib.

Xatırladaq ki, ki, həmin gün Ermənistan paytaxtında mövsümün ilk qar yağışı müşahidə olunub. Yerli KİV-lərin məlumatına görə, noyabrın 1-də səhər saatlarında əvvəlcə şəhərin yüksək ərazilərində qar yağmağa başlayıb, daha sonra yağıntı İrəvanın mərkəzi və digər hissələrini də əhatə edib.

Ermənistan mətbuatının yazdığına görə, noyabrın 2-də də davam edən intensiv qar yağışı şəhərdə bir sıra fəsadlara səbəb olub. Ağacların budaqları qırılıb, bəzi ağaclar yollara və avtomobillərin üzərinə aşıb. Elektrik xətlərinə ziyan dəyib, yolların təmizlənməsi üçün müvafiq xidmətlər işə cəlb olunub.

Qar yağışı təkcə İrəvanda deyil, Ermənistanın digər bölgələrində də qeydə alınıb. Geğarkunik vilayətində qar örtüyünün qalınlığının 7-10 santimetrə çatdığı bildirilib.

Beləliklə, 2016-cı ilin noyabr ayının ilk günləri Ermənistanın paytaxtında və bir sıra bölgələrində qışın erkən gəlişi ilə yadda qalıb.

11 22 hidro

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: