ABŞ Prezidenti Donald Tramp MRT müayinəsindən keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.
“Bəli, MRT etdim. Nəticələr mükəmməl idi”, – Amerika lideri bildirib.
Trampın sözlərinə görə, müayinə oktyabrın əvvəlində Valter Rid Milli Hərbi Tibb Mərkəzinə səfəri zamanı aparılıb.
ABŞ lideri MRT-dən keçməsinin səbəbini açıqlamaqdan imtina edib və jurnalistlərə “həkimlərdən soruşmağı” tövsiyə edib.
Safura Bənnayeva
Globalinfo.az