
İranın Sistan və Bəlucistan, eləcə də Xuzistan əyalətlərində polis atəşi nəticəsində üç mülki şəxsin öldüyü bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, Sistan və Bəlucistan əyalətinin Zahidan rayonunda 22 yaşlı Məhəmməd Rigi və 23 yaşlı Əziz Rigi güllələnərək öldürülüb.
Xuzistan əyalətinin Əhvaz şəhərində isə Əli Zuğeybu adlı gənc polislərin açdığı atəş nəticəsində həyatını itirib.
Hadisələrin hansı şəraitdə baş verdiyi və atəş açılmasının səbəbləri barədə əlavə məlumat verilməyib.