ABŞ sakini Donna Cin Uayld plank hərəkətini yerinə yetirmə müddətinə görə yeni dünya rekordu müəyyənləşdirib. 61 yaşlı qadın bu vəziyyətdə beş saat qalmağı bacarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Bildirilib ki, rekord Yuta ştatında təşkil olunan “Huntsman Senior Games” idman yarışları çərçivəsində qeydə alınıb.
Uayld rekord cəhdini 50 yaşdan yuxarı şəxslərin idman uğurlarına həsr olunan yarışların açılış mərasimində həyata keçirib.
O, bununla 2024-cü ildə özünün müəyyənləşdirdiyi “Ginnesin Dünya Rekordu”nu yeniləyib. Həmin vaxt idmançı plank vəziyyətində 4 saat 30 dəqiqə 11 saniyə qala bilmişdi.