Makedoniyalı İskəndərin atası ilə bağlı maraqlı fakt

Arxeoloqlar 1977-ci ildə qədim yunan məqbərəsində tapılan qalıqların Makedoniyalı İskəndərin atası kral II Filippə aid olduğunu təsdiqləyiblər. Bu barədə məlumatı “Daily Mail” yayıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, əvvəlcə məzarda Makedoniyalı İskəndərin atasının, oğlunun və böyük ögey qardaşının qalıqlarının olduğu güman edilib. Lakin əlavə araşdırmalardan sonra elm adamları ata və ögey qardaşın səhv identifikasiyası olduğu qənaətinə gəliblər.

Artıq ekspertlər əmindirlər ki, əvvəllər ögey qardaşın qalıqları hesab edilən skelet əslində Makedonskinin atasına, atanın skeleti isə ögey qardaşın qalıqlarına aiddir.

II Filipp (e.ə. 383 və ya 382 – e.ə. 336) Makedoniyanın Argead kralı olub, eramızdan əvvəl 359-336-cı illərdə hökmranlıq edib. O, kral III Amintasın üçüncü oğlu idi və qardaşı III Perdikkanın ölümündən sonra hakimiyyətə gəlib. II Filipp güclü ordu yaradaraq iqtisadiyyatı inkişaf etdirərək ölkədə vəziyyəti sabitləşdirə bilib.