“İrkutsk vilayətində vəba xəstəliyinin yayılması ilə bağlı yalnız rəsmi mənbələrin məlumatlarına inanmaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, “Rospotrebnadzor”da bu istiqamətdə yüksək peşəkarlığa malik mütəxəssislərin çalışdığını da qeyd edib.
Xatırladaq ki, İrkutsk vilayətində vəba ilə bağlı narahatlıqlar oktyabrın 2-də institut əməkdaşlarından birinin ağciyər vəbasına yoluxaraq öldüyü barədə məlumatın yayılmasından sonra artıb. Bildirilir ki, qadın xəstələnmədən əvvəl Buryatiyada ezamiyyətdə olub.
Buryatiyada isə bundan əvvəl Monqolustan sərhədi yaxınlığında vəbanın təbii ocağı aşkarlanıb. Məlumata görə, həmin ərazidə infeksiyanın əsas daşıyıcıları susliklərdir.
Safura Bənnayeva
Globalinfo.az