yanginsondurC999n2 1

Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə baş verən yanğın təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.

Sakinlərin iddialarına görə, həmin şəxs 30 ilə yaxındır ki, sözügedən ərzaq köşkündə çalışır və elə orada yaşayırmış. Onlar hadisənin səhər saatlarında yorğanın alışması nəticəsində baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, yorğanın yanması nəticəsində yaranan tüstüdən zəhərlənən şəxs həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ətraflı Baku TV-nin videomaterialında:

***12:14

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı təfərrüatlar məlum olub.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, köşkün gözətçisi olan A. Əliyev ürək tutması nəticəsində yanan peçin üzərinə yıxılıb.

Köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir.

    Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

    Paylaş: