“İran və ABŞ Hörmüz boğazı ətrafındakı qarşıdurmada zamanın onların xeyrinə işlədiyini düşünür. Lakin bu yanaşma münaqişənin daha da uzanmasına və gərginliyin artmasına səbəb ola bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti yazıb.
Bildirilib ki, Vaşinqtonun Hörmüz boğazının açıq olduğu barədə açıqlamaları burada ticarətin normal vəziyyətə qayıtdığı anlamına gəlmir.
Neft daşımalarının həcmi hələ də müharibədən əvvəlki səviyyədən aşağıdır.
Yüksək daşınma və sığorta xərcləri, eləcə də yüklərin gəmidən-gəmiyə ötürülməsində yaranan gecikmələr ixracatçılara əlavə təzyiq yaradır.
Bundan başqa, alternativ marşrutlarla bağlı problemlər, o cümlədən Səudiyyə Ərəbistanının Qırmızı dəniz üzərindən ixrac marşrutunda yaranan çətinliklər, Hörmüz boğazından asılılığı azaltmaq imkanlarını məhdudlaşdırıb.
“Haaretz”-in yazdığına görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası və sanksiyalar Tehranın neft ixracını və xarici valyutaya çıxışını ciddi şəkildə məhdudlaşdırıb.
Alternativ ticarət marşrutları yaranmış itkiləri kompensasiya etmək iqtidarında deyil.
Məqalədə qeyd olunur ki, bu təzyiqlər İranın iqtisadi tərəfdaşlarına, xüsusən də İraqa da əlavə xərclər yükləyir.
Safura Bənnayeva
Globalinfo.az