Serbiya Prezidenti Aleksandr Vuçiç vəzifə müddətinin başa çatmasına az müddət qalmış 49 nəfərin əfv olunması ilə bağlı qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, əfv sərəncamı Vuçiçin prezident kimi imzaladığı son sənədlərdən biri olub.
Əfv edilən şəxslərdən 23-nün son bir il yarım ərzində ölkədə baş verən hadisələrlə bağlı olduğu bildirilir. Onların arasında “Novi Sad qrupu” ilə əlaqələndirilən 12 nəfər, həmçinin etiraz aksiyaları zamanı iştirakçılara hücum etməkdə ittiham olunan 11 şəxs də yer alır.
Vuçiç açıqlamasında qeyd edib ki, Serbiyanın təhlükəsizlik strukturları sözügedən əfv qərarının qəbul edilməsinə etiraz edib.