BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) İçərişəhərdə yerli sakinlərin ehtiyacları ilə turistlərin tələbatları arasındakı balansı araşdırır.
Globalinfo.az xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı ofisinin rəhbəri Anna Soave deyib.
O bildirib ki, bu məqsədlə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə dialoqa başlanılıb.
O qeyd edib ki, tarixi məkanların yalnız qısamüddətli kirayə və qonaq evlərinə çevrilməsi sakinlərin ərazidən uzaqlaşmasına, bununla da İçərişəhərin canlı mühitinin itirilməsinə səbəb ola bilər.
Anna Soave əlavə edib ki, məsələ Azərbaycanın Milli Şəhərsalma Siyasəti çərçivəsində də nəzərdən keçirilir.
Zaira Akifqızı
Globalinfo.az