Gəncə güllə yarası nəticəsində şəxsin xəsarət alması ilə bağlı hadisənin təfərrüatları məlum olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, 32 yaşlı Gəncə şəhər sakini, Z. Əsgərov tir tüfəngi ilə ehtiyatsız davranış nəticəsində xəsarət alıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
***18:54
Gəncədə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini Z.Əsgərov ürək nahiyəsindən silahdan açılan atəş nəticəsində xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.