formula1

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

Globalinfo.az-ın xəbərinə görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı yuxarıda qeyd olunan rəqəmdən bir qədər çoxdur.

    Bu isə onu deməyə əsas verir ki, “Formula 1”-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

    O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

    Rəsmi statistikaya görə, ötən il biletlərin 80%-dən çoxu əcnəbi turistlər tərəfindən alınıb.

    Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.

    Paylaş: