
Dubay Əmiri və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun kiçik qardaşı Şeyx Əhməd bin Rəşid əl-Məktum 76 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, Şeyx Əhməd bin Rəşid əl-Məktumun vəfatı ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərində 10 günlük matəm elan olunub.
Bu gündən etibarən əmirliyin bütün ərazisində dövlət bayraqları yarıya endiriləcək.
Safura Bənnayeva
Globalinfo.az